"Trabzonspor"dan növbəti xal itkisi

 

Türkiyə Super Liqasında 3-cü turdan təxirə salınmış oyunda "Trabzonspor" öz meydanında "Kayserispor"la qarşılaşıb.

Sportline.az xəbər verir ki, "Papara Park" stadionunda keçirilən qarşılaşma 2-2 hesablı bərabərliklə yekunlaşıb.

Qonaqlar 12-ci dəqiqədə Hasan Ali Kaldırım və 63-cü dəqiqədə Boa Mortenin vurduğu qolla irəli çıxsalar da, "Trabzonspor' Umut Bozok (88) və Stefano Densvilin (90+8) qolları sayəsində məğlubiyyətdən xilas olub. "Kayserispor" futbolçuları 87-ci dəqiqədə meydanda azlıqda qalıblar.

Qeyd edək ki, "Trabzonspor" 4 xalla 12-ci pillədə qərarlaşıb. 14-cı sıradakı "Kayserispor"un aktivində 3 xal var.