"Trabzonspor"dan şok məğlubiyyət
Türkiyə Superliqasında 16-cı turun daha 3 oyunu keçirilib.
Sportline.az xəbər verir ki, "Alanyaspor" "Kayserispor"a 3:1, "İstanbulspor" "Kasımpaşa"ya 2:1, "Fatih Karagümrük" "Trabzonspor"a 4:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turnir cədvəlinə 32 xalla (15 oyun) "Fənərbaxça" başçılıq edir. "Qalatasaray" 30 xalla (14 oyun) 2-ci, "Başakşehir" 30 xalla (15 xal) 3-cüdür.
28 dekabr
"Alanyaspor" – "Kayserispor" - 3:1
Qol: Koka, 21, Özdemir, 36, Karaca, 72-pen -Karimi, 59
"İstanbulspor" – "Kasımpaşa" - 2:1
Qol: Ethemi, 29, Gültekin, 78 – Petretta, 25
"Fatih Karagümrük" – "Trabzonspor" - 4:1
Qol: Ozdoyev, 6, Borini, 34, Riççi, 67, Kuassi, 87 – Bartra, 20