"Trabzonspor"un prezidentinin üsyanı: "Türkiyə futbolu iflas edib"

"Trabzonspor"un prezidenti "Qalatasaray"la matçdan sonra Türkiyə futbolunu "ağ yuyub qara sərdi".

Sportline.az xəbər verir ki, dünən Türkiyə çempionatında "Qalatasaray" və "Trabzonspor" klublarının qarşılaşması baş tutub. Azarkeşlər matçda 7 qola şahidlik ediblər. Ancaq oyunda hakim səhvləri ön plana çıxıb. Bundan sonra "Trabzonspor" prezidenti Ərtoğrul Doğan TFF-ə üsyan edib.

 "Baş verənlər biabırçılıqdır. Belə olmaz. Artıq bezmişik. TFF prezidenti cənab Hacıosmanoğlu buna nəzarət etməlidir. Türkiyə futbolu iflas edib".

Qeyd edək ki, "Qalatasaray" öz meydanında "Trabzonspor"u 4:3 hesabı ilə məğlub edib