"Trabzonspor"un yeni baş məşqçisi məlum oldu
"Trabzonspor"da Hami Mandıralının istefaya göndərilməsindən sonra boş qalan baş məşqçi postuna Ərsun Yanal gətirilib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, Ərsun Yanal 2007-2009-cu illərdə "Trabzonspor"u çalışdırıb.