"Trabzonspor"un yeni baş məşqçisi məlum olub

Abdulla Avcı ilə yollarını ayıran "Trabzonspor'da yeni baş məşqçinin adına aydınlıq gəlib.

Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, Qara dəniz klubu sabiq baş məşqçisi Şenol Günəşlə razılığa gəlib. 

72 yaşlı mütəxəssis yaxın günlərdə "Trabzonspor"la rəsmi müqavilə imzalayacaq. O, daha əvvəl 1993-1997, 2005, 2009-2013-cü illərdə də Türkiyə klubunu çalışdırıb. 

Şenol Güneş karyerası ərzində "Beşiktaş"la 2 dəfə Türkiyə Super Liqasını, "Trabzonspor"la 2 dəfə Türkiyə kubokunu qazanıb. Təcrübəli baş məşqçi Türkiyə millisi ilə 2002-ci ildə Dünya üçüncüsü olub. 

Qeyd edək ki, Avrokuboklarla vidalaşan "Trabzonspor" Super Liqada 2 oyunda 2 xal toplayıb.