"Trabzonspor"un yeni transferi Türkiyəyə gəlib
"Trabzonspor"un "Braqa"dan heyətinə qatdığı Simon Banza ötən gün Türkiyəyə gəlib.
Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, icarə əsasında heyətə qatılan 28 yaşlı futbolçu tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə 1 illik müqavilə imzalayacaq.
Ötən mövsüm Portuqaliya klubunun heyətində 41 oyunda çıxan Banza bu görüşlərdə 23 qol vurub, 5 asist edib.
Qeyd edək ki, transfer dəyəri 18 milyon avro olan hücumçunun "Braqa" ilə 2027-ci ilə qədər müqaviləsi var.