Trafford İngiltərə klubundan ayrılmaq istəyir

“Mançester Siti”nin qapıçısı Ceyms Trafford yanvar ayında komandasını dəyişmək fikrinə düşüb.

Sportline.az xəbər verir ki, buna səbəb Donnaruma ilə forma rəqabətində məğlub olmasıdır.

Bu haqda jurnalist Tayron Marşall məlumat yayıb.

Qeyd edək ki, C.Trafford bu mövsüm cəmi 5 oyunda meydana çıxıb və qapısında 5 top görüb.