“Traktor Sazi” finalda

İran kubokunda yarımfinal mərhələsinin oyunları keçirilib. 

SportLine.az xəbər verir ki,  Təbriz təmsilçisi "Traktor Sazi" finalın bir addımlığında "Zobahan"ın qonağı olub.

Qarşılaşma Cənubi Azərbaycan klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Traktor Sazi”nin  finaldakı rəqibi "Naft Tehran" olacaq.