"Traktor Sazi" qalib gəldi, mübarizəni dayandırdı
Asiya Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçirilir.
SportLine.az xəbər verir ki, Təbrizin "Traktor Sazi" klubu Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Nasr" klubu ilə qarşılaşıb. Səfərdə 1:4 hesabı ilə uduzan təbrizlilər doğma meydanda daha inamlı təsir bağışlayıblar. "Qırmızılar" 3:1 hesablı qələbə qazansalar da, bu, ümumi nəticədə qalib gəlməyə kifayət etməyib.
24 may 2016
Asiya Çempionlar Liqası, 1/8 (Cavab oyunu)
"Traktor Sazi" - "Əl-Nasr" - 3:1
QOLLAR: Salem Saleh, 16 (0:1), Fərzad Hatəmi, 47 (1:1), Məhəmməd İranpurian, 61 (2:1), Fərzad Hatəmi, 73 (3:1)
İLK OYUN: 1:4