"Traktor Sazi" zirvədə

"Traktor Sazi" İran çempionatında növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, Kuzestan "Esteqlal"ının qonağı olan Təbriz təmsilçisi bir qolla sevinib. Görüşdə yeganə qolu 88-ci dəqiqədə Mehdi Şərifi vurub.

Bu qələbə ilə xalını 33-ə çatdıran təbrizlilər yenidən liderliyə yüksəlib.

Təbrizin digər təmsilçisi "Qostareş" isə səfərdə "Paykan"la 1:1 hesablı bərabərə qalıb. Komanda 21 xalla 9-cu pillədə qərarlaşıb.