Təbrizdən Bakıya əskər salamı

Asiya Çempionlar Liqasında qrup mərhələsinin oyunları davam edir. C kvartetində yarışan “Traktorsazi” komandası fanatlarını növbəti qələbə ilə sevindirib.

Səfərdə Özbəkistan “Paxtakor”una minimal hesabla uduzan “Traktorsazi” doğma meydanda bunun əvəzini artıqlaması ilə çıxıb. Təbrizlilərin təhlükəli həmlələri fasilədən sonra bəhrəsini verib. Avqusto Sezar sükutu pozub. “Paxtakor”un cavab hücumları bəhrəsiz qaldığı halda meydan sahibləri daha bir dəqiq zərbə ilə məsələyə aydınlıq gətiriblər. Səid Ağayi vurduğu qolu əsgər salamı ilə qeyd edib.

“Traktorsazi” 9 xalla C qrupunun lideridir. Ən yaxın izləyicisi “Əl Hilal” ondan 1 xal geri qalır. “Paxtakor”un 4, “Əl Cəzirə”nin 1 xalı var.