"Traktorsazi" türkiyəli məşqçi ilə razılığa gəlib

Təbrizin "Traktor Sazi" komandasını türkiyəli mütəxəssis çalışdıracaq. 

Sportline.az xəbər verir ki, Mustafa Dənizli ilə anlaşa bilməyən təbrizlilər Ərtuğrul Sağlamla razılığa gəliblər. Türkiyəni "AA" xəbər agentliyinin yaydığı məlumata görə, tərəflər bu gün müqavilə bağlayacaqlar.

Qeyd edək ki, "Traktor Sazi" İran çempionatında 21 xalla 11-ci pillədə qərarlaşıb.