Tramp: "Köhnə yarışları izləməkdən bezmişəm"

ABŞ prezidenti Donald Tramp köhnə idman oyunlarını izləməkdən bezdiyini bildirib.

Sportline.az xəbər verir ki, onun fikrincə, əhalini illər öncə televiziyalarda verilmiş oyunları izləməkdən xilas etmək üçün, yarışlar yenidən başlanılmalıdır.

"14 il əvvəlin beysbol oyunlarını izləməkdən bezdim. Düzünü desəm, praktik olaraq izləməyə vaxtım yoxdur", - Amerika lideri Ağ Evdə jurnalistlərlə söhbətində deyib.

Tramp NHL, NBA, digər Şimali Amerika idman təşkilatlarının rəhbərləri ilə, eləcə də ölkənin bir neçə klubunun sahibləri ilə məsləhətləşmələr aparmağı planlaşdırır.