“Transfer pəncərəsi”nin vaxtı açıqlandı

Azərbaycan Premyer Liqasında yay transfer dönəminin vaxtı müəyyənləşib. SportLine.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, 2017-18 mövsümü üçün “transfer pəncərəsi” rəsmən iyunun 9-da açılacaq.

Həmin gündən etibarən Premyer Liqa klubları anlaşdıqları futbolçularla rəsmi müqavilə imzalaya biləcəklər. “Transfer pəncərəsi”nin son günü isə sentyabrın 1-nə təsadüf edəcək.

Həmçinin qarşıdakı mövsümün dövrələrarası fasilədəki transfer dönəmi də bəllidi. Belə ki, qış “transfer pəncərəsi” gələn il 13 yanvar – 9 fevral tarixlərini əhatə edəcək.

Banner