Traore “Fulhem”dən ayrılacaq?

"Fulhem"in ispaniyalı futbolçusu Adama Traore yanvarda komandasını dəyişə bilər.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, "Vest Hem Yunayted"in rəhbərliyi Traoreni transfer etmək qərarına gəlib.

Lakin "Fulhem" 29 yaşlı oyunçunu buraxmaq niyyətində deyil.

Qeyd edək ki, Traore cari mövsüm 7 matçda iştirak edib. Aktivində 1 məhsuldar ötürmə var.