Tsxadadze "Kayrat"dan ayrıldı

Qazaxıstan "Kayrat" klubunun baş məşqçisi  Kaxaber Tsxadadze  istefa verib. Sportline.az  xəbər verir ki, o klubla müqaviləsini qarşılıqlı şəkildə pozub. Mütəxəssisə qalıb işləməyi təklif etsələr də o bunu istəməyib. Səbəb kimi də avrokuboklarda uğursuz nəticələri göstərib. O nəticələrə cavadeh olduğunu və məsuliyyət daşıdığını bildirib. Qeyd edək ki, Tsxadadze ötən mövsüm "Kayrat"a Qazaxıstan super kubokunu və ölkə çempionatının gümüş medallarını qazandırıb.