Tuncay Şanlı baş məşqçisi olduğu klubla yollarını ayırıb

Türkiyə millisinin sabiq üzvü Tuncay Şanlı baş məşqçisi olduğu "Ümraniyəspor"la yollarını ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 42 yaşlı mütəxəssis cari mövsümün əvvəli komandaya baş məşqçi təyin olunmuşdu. "Ümraniyəspor" Türkiyə I Liqasında 19 xalla 11-ci sırada qərarlaşıb.