"Turan Tovuz" autsayderə aman vermədi
Futbol üzrə Azərbaycan I Divizionunda XV tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib:
“Bakılı” 0-1 “Şərurspor”
(Mətin Əbilsoy, 90+1)
“Mil-Muğan” 2-0 “Ağsu”
(Raul Yaqubzadə, 65; Kamil Nurəhmədov, 71)
“Qaradağ Lökbatan” 5-0 “Energetik”
(Məhəmməd Xəlilov, 24, 46; Nicat Əsgərov, 56; Rüfət Məmmədov, 65, 77)
“Göyəzən” 0-4 “Turan Tovuz”
(Rəhman Musayev, 4 (p.), 31; Aqşin Muxtaroğlu, 24 (p.); Azər Məmmədov, 76)