“Turan Tovuz” “Çorum”la qarşılaşıb
Yeni mövsüm öncəsi Türkiyədə təlim-məşq toplanışı keçirən "Turan Tovuz" ilk yoxlama matçına çıxıb.
Sportline.az xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv qardaş ölkənin "Çorum" komandası ilə üz-üzə gəlib.
Qarşılaşmada qalib müəyyənləşməyib -1:1.
Azərbaycan təmsilçisinin qolunu Roderik Miller (37) vurub.