Türk əsilli futbolçu ağır zədələndi

"Şalke"nin yarımmüdafiəçisi Suat Sərdar ciddi zədə alıb.

Sportline.az xəbər verir ki, 23 yaşlı oyunçu komandasının "Auqsburq"a 0:3 hesabı ilə uduzduğu matçda sıradan çıxıb.

Sol dizindən ciddi zədə alan Türkiyə əsilli alman futbolçunun mövsümü başa vurduğu bildirilir.