Türk futbolçudan xeyriyyə aksiyası

"Arsenal"ın futbolçusu Mesut Özil növbəti xeyriyyə aksiyası keçirib.

Sportline.az xəbər verir ki, türk əsilli yarımmüdafiəçi Hindistanın Benqalor şəhərində 23 uşağın əməliyyat xərclərini öz üzərinə götürüb. Özil bu addımı uzun müddətdir əməkdaşlıq etdiyi "Big Shoe" xeyriyyə təşkilatı ilə birgə atıb. Onun meneceri Erkut Sögüt Hindistana gedərək, əməliyyatdan çıxan uşaqları yerindəcə ziyarət edib.

Qeyd edək ki, Mesut Özil yanvarda Uqandada 19 uşağa yardımçı olub.