Türk futbolunun gənc ulduzu İspaniya klubunda
Türkiyə millisinin üzvü Əmrə Mor karyerasını İspaniyada davam eydirəcək. Sportline.az xəbər verir ki, onun “Selta"ya keçidi rəsmiləşib. Viqolular türkiyəli yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayıblar. Qeyri-rəsmi məlumata görə, La Liqa təmsilçisi bu transfer üçün qarşı tərəfə 13 milyon avro ödəyib. Qeyd edək ki, Əmrə Mor ötən mövsüm "Borussiya"nın heyətində 19 oyunda 1 qol vurub, 3 məhsuldar ötürmə verib.