Türkiyə 3-cü liqa klubunun matçını 43 000 azarkeş izləyib
Türkiyə 3-cü liqasında keçirilən "Bursaspor"-"Muşspor" oyununda rekord göstərici qeydə alınıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Bursa şəhər stadionunda keçirilən oyunu stadiondan 43160 azarkeş izləyib.Bu, 3-cü liqada ən çox azarkeş tərəfindən izlənilən oyun kimi tarixə düşüb.
Görüş 0-0 hesablı bərabərliklə yekunlaşıb.
Bundan əvvəl "Bursaspor"un "Tokatspor"la qarşılaşdığı matçı 41 000 azarkeş izləmişdi.
Qeyd edək ki, "Bursaspor" klubu 2009-2010 mövsümündə Super Liqanın qalibi olub.