Türkiyə derbisinin hakimi bəlli olub

Super Liqanın 6-cı həftəsində keçiriləcək "Fənərbağça"-"Qalatasaray" oyununun hakimi bəlli olub.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, derbi qarşılaşmasını Atilla Karaoğlan idarə edəcək.

Onun köməkçiləri Ceyhun Sesigüzel və Suleyman Özay olacaq.

Qeyd edək ki, Şükrü Saracoğlu stadionunda baş tutacaq matç avqustun 21-də saat 21:00-da başlayacaq.