Türkiyəli futbolçu La Liqa klubunda
"Tvente" klubunun futbolçusu Enes Ünal karyerasını La Liqada davam etdirəcək. SportLine.az "Fanatik"ə istinadən xəbər verir ki, futbolçu "Vilyarreal"la razılığa gəlib. O, növbəti 4 mövsümü "sarı sualtı qayığ"ın heyətində oynayacaq.
İspaniya klubu futbolçunun keçidi üçün üçün Enesin müqavilə ilə məxsus olduğu “Mançester Siti”yə 14 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, E.Ünal ötən mövsüm Hollandiya Erediviziyasında 32 oyuna 18 qol vurub.