Türkiyə futbolunda daha bir kuryoz hadisə

Türkiyənin "Fənərbağça" klubu futbolçu Mixa Zaytsın keçidi üçün pulu səhvən avtomobil satışı üzrə şirkətə keçirib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2019-cu ildə heyətə cəlb olunan Zayts üçün İtaliya "Empoli"sinə 830 000 avro ödənişin son hissəsi 2020-ci ildə həyata keçirilib. Lakin bu məbləğ Niderlandın avtomobil alqı-satqı şirkətinə köçüb.

Şirkət pulu qaytarmaqdan imtina etdiyi üçün klub tərəfindən məhkəməyə verilib. 2021-ci ilin avqustunda məhkəmə "Fənərbağça"nın iddiasını təmin edib.