Türkiyə futbolunda koronavirus şoku

Türkiyədə daha 6 futbol hakiminin koronavirus testi müsbət çıxıb.

Sportline.az xəbər verir ki, onlardan 4-ü əsas, 2-si isə yan xətt referiləridir.

Aşağı liqalarda idarəçilik edən hakimlərdə xəstəliyin sipmtomları müşahidə olunmasa da, hər biri karantinə alınıb. Onlar 14 gün müddətinə təcrid olunublar.

Qeyd edək ki, daha əvvəl Türkiyədə 2 hakim koronavirusa yoluxmuşdu.