Türkiyə futbolunda ölüm hadisəsi

Türkiyə Superliqasının 23-cü turunun, “Kasımpaşa” – “Dənizlispor” görüşü zamanı bədbəxt hadisə yaşanıb.

Sportline.az xəbər verir ki, matçın ikinci hissəsində oyunu tribunadan izləyən “Kasımpaşa”nın sabiq idman direktoru Nursal Bilgin infarkt keçirib.

O, meydana çıxan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Oyunun baş hakimi Atili Karaoğlan bu səbəbdən görüşü dayandırmalı olub. Təcili yardım maşını arenanı tərk edəndən sonra oyun davam etdirilib.

Həkimlərin səyinə rəğmən, Nursal Bilginin həyatını xilas etmək mümkün olmayıb.