Türkiyə futbolunun taleyi həll olunur

Türkiyə Super Liqasının taleyi həll olunmaqdadır.

Sportline.az xəbər verir ki, federasiya rəhbərliyi və klub nümayəndələri mayın 19-da bir araya gələcək.

Məlumata görə, mövsümün aqibəti sözügedən toplantıdan sonra müəyyənləşəcək. İclasda mövcud vəziyyətə uyğun qərar veriləcək.

Qeyd edək ki, Super Liqanın tamamlanması üçün nəzərdən keçirilən variantlardan biri də, pley-off sistemidir.