Türkiyə klubu baş məşqçi ilə yollarını ayırıb

Mövsümə uğursuz start verən "Adana Demirspor" klubunda baş məşqçi ayrılığı yaşanıb.

Sportline.az Adana klubunun rəsmi hesabına istinadla xəbər verir ki, avstraliyalı mütəxəssis Mişel Valkanislə yollar ayrılıb.

50 yaşlı çalışdırıcının müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

Komanda Valkanisin rəhbərliyi altında çıxdığı 6 oyunda cəmi 1 xal toplayıb.(1 heç-heçə, 5 məğlubiyyət).

Qeyd edək ki, Valkanis daha əvvəl "Ayaks"da köməkçi məşqçi vəzifəsində çalışıb.