Türkiyə klubuna yeni baş məşqçi təyin olunub
Türkiyə 1-ci liqa klublarından "Boluspor" baş məşqçi postuna Ufuk Kahramanı gətirib.
Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, 48 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Bolu klubunda Kahramanın köməkçi məşqçiləri Yasin Özbudak, Volkan Çırak, Ertunqa Kuşhan və Umut Bayan olacaq.
Qeyd edək ki, "Boluspor" 1-ci liqanın ikinci həftəsində "Gənclərbirliyi"nə qarşı oyundan (1-1) sonra baş məşqçi Serhat Gülpınar ilə yollarını ayırmışdı.