Türkiyə klubunda ayrılıq

Yay transfer dönəmində "Göztəpə"yə transfer olunan İbrahim Sabra komandadan ayrılıb.

Sportline.az xəbər verir ki, o, karyerasını Xorvatiya çempionatında davam etdirəcək.

20 yaşlı iordaniyalı hücumçu Zaqreb "Lokomotiv"inin formasını geyinəcək.

Sabra mövsümün sonunadək bu kluba icarəyə verilib.