Türkiyə klubunda kütləvi yoluxma
Türkiyənin 1-ci liqasında mübarizə aparan "Adana Demirspor" komandasında koronavirusa kütləvi yoluxma halı qeydə alınıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Adana təmsilçisinin 24 futbolçusunun testi müsbət nəticələnib.
Bundan əlavə, texniki heyətin 2 üzvü və klubun 3 işçisində infeksiya aşkarlanıb.
Qeyd edək ki, "Adana Demirspor" noyabrın 8-də səfərdə "İstanbulspor"la görüşməli idi.