Türkiyə klubunda baş məşqçi ayrılığı
Mövsümə uğursuz start verən 1-ci liqa təmsilçisi "Sakaryaspor" baş məşqçi Suat Kaya ilə yollarını ayırıb.
Sportline.az Ajansspor.com-a istinadla xəbər verir ki, Suat Kaya rəhbərliyində bu mövsüm 7 oyuna çıxan komanda 1 qələbə, 4 bərabərlik və 2 məğlubiyyət əldə edib.
Klub rəhbərliyi son olaraq "Ümraniyespor"a qarşı alınan məğlubiyyətdən sonra 57 yaşlı çalışdırıcını istefaya göndərib.
Qeyd edək ki, baş məşqçi postuna namizədlər arasında Hüseyn Eroğlu, Recep Uçar və Sinan Kaloğlunun adı var.