Türkiyə klubunun prezidenti saxlanılıb

"Fənərbağça" klubunun prezidenti Sadettin Saran Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq çərçivəsində yenidən saxlanılıb.

Sportline.az xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb.

Bildirilir ki, İstanbul Vilayət Jandarmeriya Komandanlığı əməkdaşları iş üzrə yeni dəlillərin ortaya çıxması səbəbindən Saranı saxlayıblar.

O, narkotik maddənin təmin edilməsi, narkotikdən istifadəni asanlaşdırma və narkotikdən istifadə ittihamları ilə saxlanılıb.