Türkiyə komandasında 6 koronavirusa yoluxma faktı

Türkiyənin "Yeni Malatyaspor" klubunun 6 üzvü koronavirusa yoluxub.

Sportline.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə klubun mətbuat katibi Hakkı Çelikel məlumat verib.

Onun sözlərinə görə, koronavirus diaqnozu qoyulan 6 nəfərdən 5-i futbolçudur.

Qeyd edək ki, mart ayında koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Super Liqası iyunun 12-də bərpa olunmalıdır.