Türkiyə Kuboku: "Beşiktaş"dan fantastik geridönüş
"Beşiktaş" Türkiyə Kubokunda əzmkar qələbə ilə mərhələ adlayıb.
Sportline.az xəbər verir ki, V turda "Şanlıurfaspor"u qəbul edən edən "qara qartallar" rəqibinə 4:2 hesabı ilə qalib gəlib.
Matçda ilk qol 9-cu dəqiqədə vurulub. Qonaqlardan Kemal Rüzgar fərqlənib. II liqa təmsilçisi cəmi 6 dəqiqə sonra 2-ci topu meydan sahiblərinin qapısından keçirib. Rüzgar dubl müəllifi olub. İlk hissə "Şanlıurfaspor"un 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
İstanbul klubu 67-ci dəqiqədə Cenk Tosunun qolu ilə fərqi minimuma endirib. 31 yaşlı hücumçu 3 dəqiqə sonra yenidən səhnəyə çıxıb və tarazlığı bərpa edib. 73-cü dəqiqədə Kevin Nkudu "Beşiktaş"ı hesabda önə keçirib. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə Vaut Veqhorst qoyub.