Türkiyə millisi Bakını tərk edir
Avropa çempionatının iki oyununu Bakıda keçirən Türkiyə millisi bu gün Azərbaycanı tərk edir.
Sportline.az xəbər verir ki, Şenol Güneş və komandası Heydər Əliyev Beynəlxalq Aeroportuna yola düşüb.
Qeyd edək ki, Türkiyə millisi AVRO-2020-nin qrup mərhələsində İtaliyaya 0:3, Uelsə 0:2, İsveçrəyə isə 1:3 hesabı ilə uduzaraq çempionatda mübarizəni dayandırıb.