Türkiyə millisi ona tapşırıldı

Futbol üzrə Türkiyə millisinin yeni baş məşqçisi bəlli olub.

Sportline.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası Stefan Kuntzla anlaşıb.

Almaniyalı mütəxəssis bu postda Niderlanda görüşdə 1:6 hesablı məğlubiyyətdən sonra istefa verən Şenol Güneşi əvəzləyəcək.

Baş məşqçi ilə müqavilə sabah, 20 sentyabrda imzalanacaq.