Türkiyə millisinin gənc ulduzu "Borrusiya"da

Danimarkanın "Nordşelland" klubundakı çıxışı ilə diqqət çəkən Əmrə Morun yeni klubu müəyyənləşib. SportLine.az xəbər verir ki, 18 yaşlı futbolçu Dortmund təmsilçisi ilə razılığa gəlib. Əmrə Morun keçidi "arılar"ı 16 milyon avro xərcə salıb. 

Qeyd edək ki, futbolçunun xidmətində "Bavariya", "Yuventus" və "Liverpul" klubları da maraqlı idi.