Türkiyə millisinin iki futbolçusu AVRO 2024-də göstərdiyi performansla diqqətləri üzərinə çəkib
Türkiyə millisinin heyətində AVRO 2024-də uğurlu çıxışı ilə diqqət çəkən Barış Alper və Ferdi Kadıoğlu bir çox Avropa klublarının transfer siyahısına daxil olub.
Sportline.az The Guardian qazetinə istinadla xəbər verir ki, "Arsenal", "Mançester Siti" və "Borussiya Dortmund" klubları Ferdi Kadıoğlu üçün "Fənərbağça"ya rəsmi təklif göndərməyə hazırlaşır.
Barış Alper isə "Liverpul" klubunun radarına düşüb.
Qeyd edək ki, Ferdi Kadıoğlu ötən mövsüm "Fənərbağça"nın heyətində 51 oyunda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
"Qalatasaray"ın oyunçusu Barış Alperin aktivində 55 oyunda 7 asist və 12 qol var.