Türkiyə millisinin məşqini 3 min azarkeş izləyib

AVRO 2024-ə hazırlıqlarını  Almaniyanın Barsinhauzen qəsəbəsində davam etdirən Türkiyə millisi azarkeşlərə açıq məşq prosesi keçirib.

Sportline.az xəbər verir ki, böyük marağa səbəb olan "Ay-ulduzlular"ın məşqini 3 min azarkeş izləyib.

Türkiyə seçməsi Avropa Çempionatında ilk matçını iyunun 18-də Gürcüstana qarşı keçirəcək.

"Siqnal İduna Park"da baş tutacaq görüş saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Türkiyə F qrupunda Gürcüstan ilə yanaşı Portuqali və Çexiya milliləri ilə mübarizə aparacaq.