Türkiyə millisinin üzvü "Çelsi"nin transfer hədəfinə çevrilib

"Yuventus"un türkiyəli futbolçusu Kenan Yıldız "Çelsi"nin transfer hədəfinə çevrilib.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, London klubu yayda rəsmi təklif göndərəcək.

K.Yıldızın transfer qiyməti 85 milyon avrodur.

Qeyd edək ki, sözügedən sol cinah vingeri bu mövsüm meydana çıxdığı 25 matçda 9 qol, 8 asistlə yadda qalıb.