Türkiyə – Rumıniya matçının hakimi müəyyənləşib
2026 FIFA Dünya Çempionatının Avropa zonası üzrə pley-off mərhələsində keçiriləcək Türkiyə – Rumıniya matçının hakimi müəyyənləşib.
Sportline.az xəbər verir ki, yarımfinal mərhələsinə təsadüf edən bu qarşılaşmanı fransalı referi Fransua Leteksye idarə edəcək.
Fransua Leteksye bu mövsüm "Benfika" – "Real Madrid" oyununda da baş hakim olub. Həmin görüşdə futbolçu Gianluka Prestianninin Vinisius Juniora qarşı irqçi ifadələr işlətdiyi iddiaları gündəmə gəlmişdi.