Türkiyə Super Kuboku oyununa son 2 gün

Türkiyə Super Kubok oyununa 2 gün qaldı.

Sportline.az xəbər verir ki, həlledici görüşdə Super Liqa çempionu "Qalatasaray" ilə Ölkə Kubokunun qalibi "Beşiktaş" üz üzə gələcək.

Avqustun 3-də Atatürk Olimpiya stadionunda (İstanbul) keçiriləcək matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Qeyd edək ki, Türkiyə Super Kubokunu ən çox qazanan komanda "Qalatasaray"dır (17).