Türkiyə Super Liqası: "Qalatasaray" "Rizespor"a qarşı

Türkiyə Super Liqasında 5-ci tur bu gün 4 oyunla start götürəcək.

Sportline.az xəbər verir ki, günün ən maraqlı oyununda çempionluğa əsas namizədlərdən olan "Qalatasaray" "Rizespor"u qəbul edəcək.

"Rams Park"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, bir oyunu təxirə salınan "sarı-qırmızılılar" 3 oyundan sonra 9 xal toplayıblar. "Rizespor"un isə aktivində 4 oyundan sonra 4 xal var.

Bu günün digər matçları:

1800 "Samsunspor" - "Konyaspor"

1800 "Sivasspor" - "Qaziantep FK"

2100 "Bodrumspor" - "Başakşehir"