Türkiyə Super Liqasında bu gün

Türkiyə Super Liqasında 6-cı tura yekun vurulur.

Sportline.az xəbər verir ki, turun bağlanış günündə iki oyun keçiriləcək.

Liqada qələbəsi olmayan "Trabzonspor" səfərdə "Qaziantep FK" ilə üz üzə gələcək. Kalyon stadionunda keçiriləcək görüşü Volkan Bayarslan idarə edəcək.

Digər görüşdə "Göztepe" və "Kayserispor" komandaları münasibətləri aydınlaşdıracaqlar. Gürsel Aksel stadionundakı matçın ədalət təmsilçisi Ozan Ergün olacaq.

Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.