Türkiyə Super Liqasında bu gün

Türkiyə Super Liqasında 7-ci turun oyunları davam edir.

Sportline.az xəbər verir ki, bu gün daha 3 qarşılaşma keçiriləcək.

Çempionluğa əsas namizədlərdən olan "Qalatasaray" bu turda "Kasımpaşa"nı sınağa çəkəcək. RAMS Park stadionunda baş tutacaq görüşün start fiti 20:00-da səslənəcək.

Digər matçlarda "Samsunspor" "Göztepe" ilə (17:00), "Alanyaspor" "Rizespor"la (20:00) üz üzə gələcək.

Qeyd edək ki, həftənin açılış matçında "Başakşehir" səfərdə "Sivasspor"u 2-1 hesabı ilə məğlub edib.