Türkiyə U-21 millisinin yeni baş məşqçisi müəyyənləşib

Türkiyə U-21 millisinə baş məşqçi təyinatı gerçəkləşib.

Sportline.az Türkiyə Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komandanı Gökhan Gönül çalışdıracaq. Bu qərar sözügedən qurumun idarə heyətinin keçirdiyi iclasda verilib. 39 yaşlı mütəxəssis bu vəzifədə Levent Sürmeni əvəzləyib.

Qeyd edək ki, Gökhan Gönül futbolçu karyerası dövründə Türkiyə millisinin heyətində 66 matça çıxıb, 1 qol vurub və 8 qolun ötürməsini edib. O, “Fənərbaxça” ilə 2 dəfə Superliqa, 2 dəfə Türkiyə kuboku və 3 dəfə Superkubok, “Beşiktaş”la isə bir dəfə Superliqa çempionluğunu da qazanıb. Bundan əlavə, müdafiəçi mövqəyində oynamış sabiq futbolçu "Rizespor", "Gençlerbirliği", "Asaşspor" və "Oftaşspor" kimi klubların da formasını geyinib.