Türkiyədə transfer dönəmi başa çatıb

Super Liqada 24 iyunda başlayan transfer dönəmi bu gün başa çatıb.

Sportline.az Fanatik.com-a istinadla xəbər verir ki, klubar 2025-ci il 13 yanvara qədər transfer edə bilməyəcəklər.

Yay transfer mövsümündə Türkiyədə 4 böyük klubun heyətinə qatdığı oyunçular bunlardır:

"Beşiktaş": Emirhan Topçu, Feliks Udokai, Rafa Silva, Çiro İmmobile, Qabriel Paulista, Şer Ndour, Joao Mario, Can Keleş.

"Fənərbaxça": Maksimin, En-Nesiri, Çağlar Söyüncü, Oğuz Aydın, Sofyan Amrabat, Levent Mercan, Cenk Tosun, Kostiç.

"Qalatasaray": Osimhen, Roland Sallai, Batşuayi, Elias Yelert, İsmail Yakobs, Qabriel Sara.

"Trabzonspor": Simon Banza, Serdar Saatçı, Muhammed Çham, Pedro Moleyro, Cihan Çanak, Ozan Tufan, Arseniy Bataqov, Denis Draquş, Okay Yokuşlu, Con Lundstram, Borno Barışiç, Stefan Saviç, Nvakaeme.